"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Nikolas Rayseli rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sloveniyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Nikolas Rayselin son klubu "Qəbələ" olub. 28 yaşlı vinger ötən mövsüm əyalət təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 3 qol və 7 asistlə yadda qalıb.